Biznesinizə Dijitalın
Gücünü qatın!

Göstərdiyimiz xidmətlər (360° DIGITAL MARKETING-Facebook Ads marketing. Google Ads marketing. Programmatic marketing. Media planning. E-mail marketing. Digital Marketing Strategy. PPC campaigns. Landing pages. Digital campaigns.)

İşıq sürətindən bir az sürətlə inkişaf edən qloballaşan dünyamızda rəqəmsal marketing ənənəvi marketinqi 1:0 geridə qoyduğu danılmaz faktrdır. Rəqəmsal dünyayla ayaqlaşan brendlər inkişaf edir və sadiq auditoriya kütləsi toplamaqla yanaşı yeni auditoriyaya da çox tez bir zaman kəsimində öz mesajını ötürə bilir.Səbəbi məlumdur. Axı biz Televiziya qarşısında daha az vaxt keçirməyə, radyoya da az qulag asmaga, daha da az gazet jurnal oxumağa və həttda piyada gəzərkən belə daha da az ətrafımızla maraganlanmağa başlamışıq.Günümüzün çox vaxtını sosial şəbəkələrdə, streaming kanallarda  bir sözlə online keçiririk.

Təbiidir ki Rəqəmsal marketinqin üstünlükləri çoxdur və müasir zamanın bütün tələblərinə cavab verir.Bu ümümiləşdirilmiş bir anlayışın daha da yaxından tanımaq üçün 5 dəgigə “qızıldan” dəyərli vaxtınızı ayıraraq oxumağınızı məsləhət görürük.

Adından da bəlli olduğu kimi Rəqəmsal Marketingin bütün “bucaqlarını” özündə birləşdirən bir konseptdir.Əsas məqsəd müştərilərə mümkün olan bütün online əlaqə vasitələri ilə çatmaq və yeni müştəriləri daimi müştərilərə çevirməkdir.Bəzi marketing kampaniyalarından istifadə edə bilərsiniz ancag hər tərəfli inkişaf üçün mümkün olan bütün fürsətlərdən yararlanmaq lazımdır.Düzgün qurulmuş 360° DIGITAL MARKETING planı ilə hətta Sizin brendin adını belə eşitməmiş bir internet istifadəçisini sadiq müştəriyə çevirə bilər.Və bəli bizimlə bu qısa zamanda mümkündür! Nəzərinizə çatdırmaq istəyirik ki hər bir kanal üzrə komandamızıda ayrı-ayrılıqda peşəkar və işlərinin fanatı olan insanlar çalışır.Beləliklə əsas 360° DIGITAL MARKETING kanalları hansılardır?
Feysbuk bu günə 2.6 milliard aktiv istifadəçi sayı olan ən populyar sosial şəbəkələrdən biridir. Eyni zamanda Facebook platforması bütün bizneslərə istifadəçilər ilə kommunikasiya və öz məhsullarını reklam etmək şansını verir.Lakin istənilən marketing strategiyasında birinci addım düzgün hədəflər seçə bilməkdir və biz Facebook üzərindən Sizin brendin tanınması və izlənməsi üçün qollarımızı “çirmələməyə” hazırıq.
Daha bir texnoloji əjdaha 2 milliard aktiv istifadəçi sayı və hər saniyə ərzində 70,000 sorğu göndərilən bir platformadı.Google Ads kompaniyaları Sizin potensial müştərilərinizə doğru zaman və doğru yerdə çatmaq təminatını verir.Sizin reklamın və ya məhsulların potensial müştərinin Sizi axtardığı vaxt qarşısına çıxması nə effektif olardı elə deyilmi?!

İlk e-mailin 1971-ci ildə  Ray Tomlinson adlı bir ixtiraçının öz-özünə göndərildiyini bilirdinizmi? İnternet marketingin daha bir övladı email marketing E-poçt marketinqi satışları idarə etmək, müştəri sədaqətini artırmaq və ya vacib məlumatları çatdırmaq məqsədi ilə e-poçt vasitəsilə ticarət mesajlarıyla istehlakçıları hədəf almasıdır.Keçmişdə, insanların kütləvi qruplarını hədəf almaq üçün istifadə olunan birbaşa marketinqin bir online formasıdır.

Göstərdiyimiz xidmətlər(Complete development, management and maintenance of social media profiles and accounts. Content marketing. Copy-writing. Creative. SMM engagement. Facebook Ads marketing. Google Adwords marketing)

Hər internet istifadəçisi gün ərzində ortalama 2 saat 22 dəgigə vaxtını sosial plaformada keçirir ( əslində biz daha çox vaxt keçiririk) və bu vaxtdan səmərəli istifadə etsəz Sizdə hər gün potensial müştərilərin diggətini cəlb edə, sadiq müştərilərin diggət mərkəzində ola bilərsiniz. Necə? Çox sadə! Düzgün qurulmuş SMM strategiya ( business profillərini düzgün idarə edilməsi, maraglı postların hazırlanması və yayınlaması, davamlı olaraq müştərilərlə ilə kommunikasiya və s.) Sizin daimi olaraq sosial platformada varlığınızı təmin edəcək və ən əsası bu işi professional səviyyədə həyata keçirəcək.Biz hazırıq Siz yetər ki istəyin!

Ticarət ticarət və yenədə ticarət! Dünyanı inkişaf etdirən qüvvələrdən biri ilk dəfə eramızdan əvvəl 3-cü minillikdə Mesopotamiya və Şumerlilər  ilə Hindistan yarımadasında yerləşən Harrappan ölkəsi arasında baş vermişdir.O gündən bu günə ticarət inkişaf modeli dəyişmiş ama fəlsəfəsi dəyişilməz olaraq qalmışdır. Hal hazırda rəqəmsal alver populyarlığın ən pik nöqtəsindədir desək yanılmarıq.Dəvə karvanlarıyla minlərlə kilometr İpək yolu gət edən tacirlər indi bir neçə kliklə istınilən məhsulu satıb qazanc əldə edə bilərlər.Necə deyərlər “hardan haraya gəldik”..Bu super transformasiyanın son məhsulu online shopping və e-commerce anlayışıdı.

Əvvəlcə bu iki terminin fərginə baxaq.Beləki elektron ticarət (e-commerce) onlayn onlayn alış verişin bütün aspektlərinə aiddir, onlayn shops(onlayn mağaza)  isə yalnız malların və xidmətlərin onlayn alqı-satqısına.Elektron ticarət, ənənəvi bazar anlayışını tamamilə dəyişdirdi və dünyanın hər yerindən məhsul tapmağı və almağı asanlaşdırdı.E-ticarətin ən çox yayılmış modellərinə biznesdən istehlakçıya (B2C), biznesdən biznesə (B2B), istehlakçıdan istehlakçıya (C2C)  istehlakçıdan biznesə (C2B) aiddir.Elektron ticarət ayrıca pərakəndə satış və ya bir biznes tərəfindən bir məhsulun müştəriyə bir vasitəçi olmadan satılması, topdansatış, dropshipping  abunə xidmətləri kimi müxtəlif əməliyyatları əhatə edir.Digər tərəfdən, online shops (onlayn mağaza) kredit və ya debet kartı vasitəsi ilə satıcının veb saytından əşyaların alınmasını və əşyanın müştərinin evinə çatdırılmasıdır.

Düzgün idarə edilən E-ticarət marketinqi, hər kliki trafikə yönəltmək, bu trafiki isə potensial müştərilərə çevirməklə Sizin məhsulların daha çox satılmasına xidmət göstərən bir vasitədir.

Bizim peşəkar komanda upselling (axtarılan məhsulun daha bahalı variantının seçilərək satılmasına) malların İnstagram üzərindən satılmasına Facebook platformalarındakı mağazaların idarə edilməsinə müştərilərin daimi abunəçilərə çevrilməsinə və ən əsası Sizin mağazadan məhsul almadan getməməsinə əllərindən gələni əsirgəməyəcəklər.

SEO axtarış motoru nəticələri səhifəsindən orqanik və ya ödənişsiz bir trafik əldə etmək üçün veb saytınızı optimallaşdırma prosesidir.El dili ilə desək SEO hal hazırda internet istifadəçisinin axtarış verdiyi söz səs video və ya hər hansı şəkilin əlindən tutub Sizin saytın qapısına gədər gətirib çixartmasıdı.Əslində çox qəliz bir sistemdi çünki axtarış sistemi bir canlı orqanizm kimidir və canlı orqanizm milyonlarla hüceyrədən ibarət olduğu kimi axtarış sistemləri də minlərlə servislər və saytlardan ibarətdir.

Statistikaya görə istifadəçilərin 94 faizi axtarış motorunun birinci səhifəsindən o yana getmirlər.Bu o deməkdir ki əgər Sizin sayt 2-ci səhifədədirsə cəmi 6 faiz diggət cəlb etmək şansınız var.Bu səbəbdən SEO ən vacib xidmətlərdən biri sayılır.Ən super-puper əntiqə sayt belə SE optimizasiyasız sadəcə diggətdən kənarda qalaraq Sizə heç bir xeyir gətirməyəcək.Sonra demədilər deməyin.

Müştərilərinizin nə axtardığını necə anlamaq olar sualına cavab tapmaqa eləcə veb səhifələrinizi hədəf alan açar sözləri üçün optimallaşdırmaq veb saytınızın həm botlar, həm də insanlar üçün əlçatan olduğundan əmin olmağa saytınıza digər veb saytlardan keçid almağa və nəhayət SEO uğurunuzu ölçməyə hazırıq.Narahat olmayın biz Sizə kömək etmək üçün ürəkləri axtarış motorları kimi durmadan SEO ilə çırpınan peşəkarlarla artıq köməyinizdəyik.